Xəbərlər


"Neftçi İdman Klubu"nun futbol üzrə açıq birinciliyinə start verilib

Bu gün 2010-2011-ci illər təvəllüdlü futbolçular arasında "Neftçi İdman Klubu"nun seleksiya xarakterli açıq birinciliyinə start verilib. Suraxanı rayonundakı Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən turnirdə altı komanda mübarizə aparır. Dairəvi sistem üzrə keçirilən yarış avqustun 12-dək davam edəcək.
Qeyd edək ki, qalib və mükafatçı komandalara "Neftçi İdman Klubu" tərəfindən kubok, diplom, medal və xatirə hədiyyələri təqdim olunacaq.
"Neftçi İdman Klubu"nun futbol üzrə açıq birinciliyinə start verilib"Neftçi İdman Klubu"nun futbol üzrə açıq birinciliyinə start verilib