Xəbərlər


Güllə atıcılarımız paytaxt kubokunda

Güllə atıcılığı üzrə keçirilən Bakı şəhər kuboku sona çatıb. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda klubumuzun  idmançıları da mübarizə aparıblar. Təmsilçilərimizdən Elvin Astanov kişilər arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında 568 xal toplayaraq bürünc medala layiq görülüb. Kiçik çaplı tapançadan çalışmalarda (KÇTÇ-4) İmran Qarayev (531 xal) ikinci, Elvin Astanov (518 xal) isə üçüncü yeri tutub.
Qarışıq komanda yarışında 10 metr məsafəyə atəşaçmada isə  (PTÇ-3M) Leyli Əliyeva-İmran Qarayev cütlüyü 551 xalla bürünc medal qazanıb.