Xəbərlər


Şahmatçımız Teymur Rəcəbov dünya reytinqində irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
"Neftçi İdman Klubu"nun şahmatçısı Teymur Rəcəbov dünya reytinqində xeyli irəliləyib. Cədvəldə Teymur Rəcəbov (2747 xal) 3 pillə irəliləyərək 15-ci sıraya yüksəlib.
Siyahıya əvvəlki kimi, norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, FIDE-ni təmsil edən Yan Nepomnyaşi (2792 xal) isə üçüncü pillədə qərarlaşıb.