Xəbərlər


Cüdo komandamız EYOF-un qızıl medalına sahib olub

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışında Azərbaycan komandası böyük uğura imza atıb. Millimiz yarımfinalda Fransa millisini 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Komandamız  həlledici mərhələdə Ukrayna millisinə 4:0 hesabı ilə qalib gəlib və qızıl medala sahib olub.
Qeyd edək ki, Azərbaycan komandasının heyətində yer alan cüdoçulardan Könül Əliyeva, Aydan Vəliyeva,  Fidan Əlizadə, Nigar Süleymanova, Nurlan Kərimli və İsmayıl Zamanov "Neftçi İdman Klubu"nun təmsilçiləridir.