Xəbərlər


“Neftçi İdman Klubu”nun cüdoçuları EYOF-u 5 medalla başa vurublar

"Neftçi İdman Klubu”nun cüdoçuları Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalını 5 medalla (1 qızıl, 3 gümüş, 1 bürünc) başa vurublar. Təmsilçilərimizdən Fidan Əlizadə (57 kq) bütün görüşləri qələbə ilə başa vuraraq mötəbər yarışın qızıl  medalını qazanıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Nurlan Kərimli (60 kq), İsmayıl Zamanov (81 kq) və  Könül Əliyeva (48 kq) gümüş medala layiq görülüblər. Klubumuzun digər yetirməsi Aydan Vəliyeva (52 kq) isə nüfuzlu turniri üçüncü pillədə başa vurub.