Xəbərlər


Yunan-Roma güləşçimiz Cavad Məmmədov Avropa üçüncüsü olub

Xorvatiyanın paytaxtı Zaqrebdə 15 yaşadək güləşçilər arasında keçirilən Avropa birinciliyi sona çatıb.
"Neftçi İdman Klubu”nun yığmamızın heyətində təmsil olunan yunan-Roma güləşçisi Cavad Məmmədov mükafata layiq görülüb. Altmış iki kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız mötəbər yarışın bürünc medalına sahib olub.