Xəbərlər


Cüdoçularımız 13 medalla U-23 Azərbaycan birinciliyinin qalibi olublar

İyulun 12-də Fövqəladə Hallar Nazirliyinin "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində start götürmüş 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Yarışın üçüncü – sonuncu günündə daha 6 çəki dərəcəsi üzrə 119 idmançı bacarığını nümayiş etdirib.
"Neftci İdman Klubu"nun təmsilçiləri turnirin sonuncu günündə daha 3 medala yiyələniblər. Cüdoçularımızdan Camal Feyziyev (+100 kq) inamla mübarizə apararaq bütün rəqiblərini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamran Qasımov (73 kq) və Məhəmməd Məmmədzadə (+100 kq) isə yarışın bürünc medallarına layiq görülüblər.
Beləliklə, "Neftçi İdman Klubu”nun cüdoçuları 14 çəki dərəcəsi üzrə 386 idmançının mübarizə apardığı ölkə birinciliyini 4 qızıl, 2 gümüş və 7  bürünc medalla başa vuraraq, ümumkomanda hesabında birinci yeri tutublar.
 Kuboku klubumuzun cüdo idman növü üzrə baş məşqçisi Tərlan Poladova Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu təqdim edib.
Cüdoçularımız 13 medalla U-23 Azərbaycan birinciliyinin qalibi olublarCüdoçularımız 13 medalla U-23 Azərbaycan birinciliyinin qalibi olublar