Xəbərlər


Cüdoçularımız U-23 respublika birinciliyində daha 5 medal əldə ediblər

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində 23 yaşadək idmançılar arasında cüdo üzrə Azərbaycan birinciliyi davam edir. Turnirin ikinci günündə daha 4 çəki dərəcəsi üzrə 117 cüdoçu medallar uğrunda mübarizə aparıb.
"Neftci İdman Klubu"nun yetirmələri günü 5 medalla başa vurublar. İdmançılarımızdan 66 kiloqram çəki dərəcəsində çıxış edən Sabir İsmayılov məğlubiyyət tanımayaraq Azərbaycan çempionu adını qazanıb. Yalnız həlledici final görüşündə qələbəni əldən verən Vüsalə Kərimova (52 kq) gümüş medala layiq görülüb. Eldar İbrahimov (90 kq), Ülviyyə Bayramova və Zəhra Xalidzadə (hər ikisi 52 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Xatırladaq ki, yarışın ilk günündə klubumuzun təmsilçiləri 2 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar.
Qeyd edək ki, respublika birinciliyi iyulun 14-də başa çatacaq.
Cüdoçularımız U-23 respublika birinciliyində daha 5 medal əldə ediblərCüdoçularımız U-23 respublika birinciliyində daha 5 medal əldə ediblər