Xəbərlər


Cüdoçularımız U-23 Azərbaycan birinciliyinin ilk günündə qalib olublar

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində 23 yaşadək qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib. Yarışın ilk günündə 4 çəki dərəcəsi üzrə 150 idmançı qalib adı uğrunda mübarizə aparıb.
"Neftci İdman Klubu"nun təmsilçiləri əzmlə mübarizə apararaq ölkə birinciliyinin ilk gününün nəticələrinə görə 2 qızıl, 1 gümüş ve 2 bürünc medalla ümumkomanda hesabında 1-ci yerdədir.
Cüdoçularımızdan Kənan İsmayılov (60 kq) və Adil Adilzadə (81 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu olublar. Digər idmançılarımızdan  Rəşad Məmmədov (60 kq) gümüş, Əli Hacıyev (60 kq) və Nigar Əliyeva (48 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, ölkə birinciliyinə iyulun 14-də yekun vurulucaq.
Cüdoçularımız U-23  Azərbaycan birinciliyinin ilk günündə qalib olublar