Xəbərlər


Basketbol komandamız Azərbaycan kubokunda gümüş medal qazanıb

Bakıda Su İdman Sarayında qadınlar arasında 3×3 basketbol üzrə  Azərbaycan kuboku yarışı başa çatıb.
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə  "Neftçi İdman Klubu"nun basketbol  komandası da  mübarizə aparıb. Təmsilçilərimiz inamla çıxış edərək Azərbaycan kuboku yarışının gümüş medalına layiq görülüblər.