Xəbərlər


Güllə atıcılarımız federasiya kuboku yarışında uğurla çıxış ediblər

Azərbaycan Atıcılıq Federasiyası kuboku yarışının ikinci mərhələsinin qalibləri müəyyənləşib.
Bakı Atıcılıq Mərkəzində keçirilən turnirdə "Neftçi İdman Klubu”nun yetirmələri uğurla çıxış ediblər. Kişilər arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında atıcılarımızdan İmran Qarayev 562 xal toplayaraq gümüş medala layiq görülüb. Vladislav Kalmıkov isə fəxri kürsünün üçüncü pilləsində dayanıb.
Kiçik çaplı tapançadan (KÇTÇ-4) 50 metr məsafəyə atəşaçma yarışında Vladislav Kalmıkov 536 xalla qalib adını qazanıb.
On metr məsafəyə pnevmatik tapançadan (PTÇ 3M) qarışıq komanda ("mix-team”) kateqoriyası üzrə atəşaçma yarışında isə Elvin Astanov-Fatimə Novruzova cütlüyü 560 xalla turnirin gümüş medalına sahib olub.
Güllə atıcılarımız federasiya kuboku yarışında uğurla  çıxış ediblərGüllə atıcılarımız federasiya kuboku yarışında uğurla  çıxış ediblərGüllə atıcılarımız federasiya kuboku yarışında uğurla  çıxış ediblər
Güllə atıcılarımız federasiya kuboku yarışında uğurla  çıxış ediblər