Xəbərlər


Teymur Rəcəbov iddiaçılar turnirini üçüncü pillədə başa vurub

İspaniyanın paytaxtı Madriddə təşkil olunan iddiaçılar turnirində sonuncu -  14-cü turun oyunları keçirilib.
"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov bu tur çərçivəsində qara fiqurlarla macarıstanlı Riçard Rapport ilə üz-üzə gəlib. Təmsilçimiz ilk dövrədə heç-heçə etdiyi rəqibini bu dəfə görüşün 33-cü gedişində məğlubiyyətə uğradıb.
Beləliklə, 14 turdan sonra xallarının sayını 7,5-ə çatdıran Teymur Rəcəbov iddiaçılar turnirini üçüncü pillədə başa vurub.
Yarışın qalibi adına FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi sahib olub. O, 14 turdan 9,5 xal toplayıb və ikinci pillədəki Dinq Lireni (Çin) 1,5 xal qabaqlayıb. Yan Nepomnyaşi bununla da ardıcıl ikinci dəfə norveçli Maqnus Karlsenlə dünya şahmat tacı uğrunda görüşə vəsiqə qazanıb.