Xəbərlər


Cüdoçularımız açıq Avropa turnirindən 3 medalla ayrılıblar

Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən cüdo üzrə açıq Avropa turnirinə yekun vurulub.
"Neftçi İdman Klubu"nun yığmamızın heyətində təmsil olunan yetirmələri yarışda əzmlə mübarizə apararaq 3 medal qazanıblar. İdmançılarımızdan  Telman Vəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Digər cüdoçularımız Ruslan Paşayev (66 kq) və Nəriman Mirzəyev (73 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, iki gün davam edən turnirdə  33 ölkədən 212 (62 qadın, 150 kişi) cüdoçu medallar uğrunda mübarizə aparıb.