Xəbərlər


“Neftçi İdman Klubu”nun təmsilçiləri ilin birinci yarısında 502 medala sahib olublar

"Neftçi İdman Klubu”nun yetirmələri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirirlər. Belə ki, idmançılarımız ilin birinci yarısında ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda böyük əzmlə mübarizə apararaq, 181-i qızıl, 142-si gümüş və 179-u bürünc olmaqla, ümumilikdə 502 medal qazanıblar. Atletlərimiz  dünya yarışlarında 3 (1 gümüş, 2 bürünc), Avropa yarışlarında 47 (20 qızıl, 7 gümüş, 20 bürünc), beynəlxalq turnirlərdə isə 65 medala (22 qızıl, 19 gümüş, 24 bürünc) yiyələniblər. Respublika səviyyəli yarışlarda 157 dəfə fəxri kürsüyə qalxan (58 qızıl, 49 gümüş, 50 bürünc) klubumuzun təmsilçiləri, paytaxt yarışlarında 73 (19 qızıl, 18 gümüş, 36 bürünc), digər yarışlarda isə 157 medal (62 qızıl, 48 gümüş, 47 bürünc) əldə ediblər.