Xəbərlər


Teymur Rəcəbovdan növbəti heç-heçə

"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan iddiaçılar turnirində növbəti görüşünü keçirib. O, XI turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gəlib. Təmsilçimiz ilk dövrədə heç-heçə etdiyi rəqibi ilə matçın 33-cü gedişində yenidən "sülh bağlayıb" - 0,5:0,5.
On bir turdan sonra xallarının sayını 5-ə çatdıran Teymur Rəcəbov turnir cədvəlinin 5-ci pilləsindəki mövqeyini qoruyub. Siyahıya 8 xalla Yan Nepomnyaşi başçılıq edir.