Xəbərlər


Orxan Qasımov Tunis Qran-prisini qızıl medalla başa vurub

"Neftçi İdman Klubu”nun paraatleti Orxan Qasımov Tunisdə keçirilən Qran-pri turnirində uğurla çıxış edib. Paralimpiyaçımız nizə atma yarışında 62,86 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu nəticə ilə Orxan Qasımov Azərbaycan rekordunu da yeniləyib.
Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun digər paraatleti Elmir Cəbrayılov da qızıl medal qazanıb.