Xəbərlər


Yunan-Roma güləşçimiz Nihad Quluzadə Avropa birinciliyinin qalibi olub

İyunun 27-də İtaliyanın paytaxtı Romada startı verilmiş iyirmi yaşadək güləşçilər arasında Avropa birinciliyi davam edir. Yarışda öncə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
"Neftçi İdman Klubu"nun yığma komandamızın heyətində yer alan  pəhləvanı Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) idmançımız finala vəsiqəni təmin edib. Güləşçimiz həlledici qarşılaşmada  rumıniyalı Denis Mihayla üz-üzə gəlib. Bu görüşdə də  inamla mübarizə aparan və rəqibinə 10:1 hesabı ilə qalib gələn Nihad Quluzadə Avropa çempionu olub.