Xəbərlər


İddiaçılar turniri: Teymur Rəcəbov Nakamuranı məğlub edib

"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan iddiaçılar turnirində növbəti görüşünü keçirib. O, IX turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Matç 41-ci gedişdə təmsilçimizin üstünlüyü ilə başa çatıb.
Xallarının sayını 4-ə çatdıran Teymur Rəcəbov hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Sıralamaya 6,5 xala sahib Yan Nepomnyaşi başçılıq edir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.