Xəbərlər


Cüdoçumuz Könül Əliyeva Avropa kuboku yarışında gümüş medala layiq görülüb

Bosniya və Herseqovinada keçirilən gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı başa çatıb.
"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Könül Əliyeva yarışın mükafatçıları arasında yer alıb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan xanım idmançımız yalnız final görüşündə məğlubiyyətə uğrayıb və nüfuzlu turnirin gümüş medalına yiyələnib.