Xəbərlər


Pauerliftinqçimiz Elmir Tarverdiyev Avropa çempionu olub

Macarıstanın Kiskunfeledhaza şəhərində keçirilən  pauerliftinqin AWPC/WPC versiyası üzrə açıq Avropa çempionatı sona yetib. Yarışda  Azərbaycan, Fransa, Seneqal, Finlandiya, İtaliya, Misir, Moldova, Gürcüstan, Macarıstan, Slovakiya, Portuqaliya, İngiltərə, Serbiya və digər ölkələrdən 700-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.
"Neftçi İdman Klubu"nun mötəbər turnirdə çıxış edən təmsilçisi Elmir Tarverdiyev (60 kq) böyük uğura imza atıb. İdmançımız  pauerliftinqin 3 hərəkətinin cəmində 470 kiloqram nəticə göstərərək liderliyə yüksəlib və mütləq Avropa çempionu tituluna sahib olub.