Xəbərlər


Atletimiz Nazim Babayev Qazaxıstanda 2 gümüş medala yiyələnib

"Neftçi İdman Klubu"nun atleti Nazim Babayev Qazaxıstanın Almatı şəhərində Dünya Atletikası Kontinental Turu çərçivəsində  keçirilən beynəlxalq turnirdə üçtəkanla  tullanma yarışında 17,74 metr nəticə göstərərək gümüş medal qazanıb.
Təmsilçimiz adıçəkilən ölkədə Qusman Kosanov memorialında da çıxış edib və daha bir gümüş medala uzunluğa tullanma növündə sahib olub. Nazim Babayevin bu yarışdakı nəticəsi 7,74 metr olub. Qeyd edək ki, bu, onun ən yaxşı şəxsi nəticəsidir.