Xəbərlər


26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür

Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini 26 İyun -  Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Şanlı Azərbaycan Ordusunun hər bir əsgərinə Vətənə, xalqa, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətlərində uğurlar diləyir və ordu quruculuğunda daha yüksək nailiyyətlər arzulayırıq.
Respublikamızın  suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarını dərin ehtiramla yad edir, onların hər birinin  unudulmaz xatirəsini əziz tuturuq.