Xəbərlər


Güləşçilərimiz beynəlxalq turnirə uğurla start verdilər

 İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone reytinq turniri start götürüb. Yarışın ilk günü yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
"Neftçi İdman Klubu"nun pəhləvanları beynəlxalq turnirin birinci günündə böyük əzmkarlıq nümayiş etdirərək 5 medala sahib olublar. Turnirə uğurla başlayan təmsilçilərimizdən  Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Eldəniz Əzizli (60 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnir iyunun 25-dək davam edəcək.