Xəbərlər


Boksçularımız ölkə birinciliyini 4 medalla başa vurublar

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub. Boks Mərkəzində gerçəkləşən yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın tərkibində 369 idmançı gücünü sınayıb.
"Neftçi İdman Klubu”nun yetirmələri birinciliyin 4 medalını əldə ediblər. Boksçularımızdan 54 kiloqram çəkidə çıxış edən Ələkbər Əhmədov bütün döyüşləri qələbə ilə başa vurub və liderliyə yüksəlib. Kənan Vəliyev (63 kq), Tunar Adıgözəlov (66 kq) və Səfər Cəfərov (75 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.