Xəbərlər


Basketbol komandamız bürünc medala layiq görülüb

Bakıda "Aquatic Palace" Avropa Oyunları Parkının 3×3 basketbol meydançasında 3×3 Qadınlar Liqasının final mərhələsi keçirilib.
"Neftçi İdman Klubu"nun komandası Liqanın 4 turunun nəticəsinə görə qadınlar kateqoriyası üzrə üçüncü yeri tutub.
Bu kateqoriyada  qalib adını "Qarabağ" komandası qazanıb. "Xarı Bülbül" isə ikinci pillədə qərarlaşıb.