Xəbərlər


Cüdoçularımız Bakı çempionatının qalibi olublar

Fövqəladə Hallar Nazirliyinin "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində iyirmi üç yaşadək qadın və kişi cüdoçular arasında keçirilən Bakı çempionatı sona yetib.
Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunan yarışda 14 çəki dərəcəsində 330 idmançı medallar  uğrunda mübarizə aparıb. 
"Neftçi İdman Klubu"nun yetirmələri paytaxt yarışında uğurla çıxış edərək 10 medala yiyələniblər. Cüdoçularımızdan Rəşad Məmmədov (60 kq), Sabir İsmayılov (66 kq), Camal Feyziyev (+100 kq) və Vüsalə Kərimli (52 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final görüşündə məğlub olan Məhəmməd Məmmədzadə (+100 kq) və Nigar Əliyeva (48 kq) gümüş medala layiq görülüblər. Digər cüdoçularımız Hənifə Hüseynov (66 kq), Sahib Çərkəzli (81 kq), Adil Adilzadə (90 kq) və Həzrətəli Cəfərzadə (100 kq) isə turniri üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, "Neftçi İdman Klubu"nun yetirmələri ümumi komanda hesabında yarışın qalibi olublar.
Onu da əlavə edək ki, çempionatın qalibləri   iyulun 12-14-də keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.