Xəbərlər


Cüdoçumuz Məmmədəli Mehdiyev dünya reytinqində liderliyə yüksəlib

Beynəlxalq Cüdo Federasiyası tərəfindən yeni reytinq siyahısı açıqlanıb.
Sevindirici haldır ki, "Neftçi İdman Klubu”nun təmsilçilərindən 5-i ilk onluqda yer alıb. Cüdoçularımızdan doxsan kiloqram çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev iki pillə irəliləyərək birinci sıraya yüksəlib. Üçqat Avropa mükafatçısının hesabında 4657 xal var. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən sonuncu Avropa çempionatının qalibi Hidayət Heydərov (73 kq) öz mövqeyini qoruyub. O, 3920 xalla əvvəlki kimi üçüncüdür. Eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Rüstəm Orucov (2247) isə dörd pilləlik irəliləyişlə altıncı sıraya yüksəlib. 2605 xala sahib olan Orxan Səfərov (66 kq) iki pillə geriləməklə 7-cı sırada qərarlaşıb. Yüz kiloqramdan yuxarı çəkidə çıxış edən Uşanqi Kokauri isə 2732 xalla səkkizinci sırada yer alıb.
Klubumuzun digər təmsilçilərindən Zelim Kotsoyev (100 kq) 11-ci, Balabəy Ağayev (60 kq) isə 12-ci pillədə qərar tutub.