Xəbərlər


Cüdoçumuz Avropa kuboku yarışında gümüş medal qazanıb

Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub. 
"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yetirməsi Vüqar Talıbov turnirdə bütün rəqiblərini məğlub edərək finala vəsiqəni təmin edib. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinal qarşılaşmasında zədələndiyi üçün həkimlərin və baş məşqçi Elxan Məmmədovun birgə qərarına əsasən, həlledici mərhələdə iştirak etməyib və gümüş medala layiq görülüb.