Xəbərlər


Eltac Səfərli İtaliyada keçirilən beynəlxalq şahmat festivalında üçüncü olub

İtaliyada keçirilən beynəlxalq şahmat festivalı başa çatıb.
"Neftçi İdman Klubu"nun mötəbər turnirdə mübarizə aparan yetirməsi  Eltac Səfərli doqquz turdan 5,5 xal toplayaraq üçüncü yeri tutub.
Yarışın qalibi isə yeddi xalla ukraynalı şahmatçı Vitali Bernadski olub.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən beynəlxalq festivalda ümumilikdə 20 şahmatçı bacarığını nümayiş etdirib.