Xəbərlər


Paraatletlərimiz İsveçrə Qran-pri yarışında 4 qızıl medal qazanıblar

İsveçrənin Nottvil şəhərində keçirilən paraatletika üzrə Qran-pri yarışında "Neftçi İdman Klubu"nun  təmsilçiləri uğurla çıxış edərək 4 qızıl medala sahib olublar.
İdmançılarımızdan nüvəitələmə növündə iştirak edən Samir Nəbiyev (F57)13,2 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oloxan Musayev (F55) isə  eyni növdə 10,43 metr nəticə ilə qızıl medal qazanıb. O, disk atma növündə (F55) də 34,47 metr göstərici ilə eyni uğuru təkrarlayaraq qalib olub. Uzunluğa tullanma yarışında mübarizə aparan Elçin Muradov (T11) isə 6,15 metr nəticə göstərərək qızıl medala sahib olub.
Paraatletlərimiz İsveçrə Qran-pri yarışında  4 qızıl  medal qazanıblar