Xəbərlər

“Neftçi İdman Klubu”nun təşkil etdiyi mini-futbol turniri başa çatdı

Mayın 23-də "Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçiləri arasında start götürmüş mini-futbol turnirinə yekun vuruldu. 28 May – Müstəqillik Gününə həsr olunmuş yarış Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirildi.
Gərgin mübarizə şəraitində davam edən turnirdə "Suraxanı Oyl” və "Qaz İxrac” İdarəsinin komandaları finala vəsiqə qazandılar. Həlledici qarşılaşmada rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradan "Suraxanı Oyl”  komandası mini-futbol turnirinin qalibi adını qazandı. "Qaz İxrac” İdarəsi 2-ci, "Azneft” İstehsalat Birliyinin  komandası isə 3-cü yeri tutdu.
Həmişə olduğu kimi, bu dəfə də klubumuz tərəfindən "ən yaxşı oyunçu”, "ən məhsuldar oyunçu” və "ən yaxşı qapıçı” nominasiyaları üzrə mükafatlar təsis olunmuşdu. Bu mükafatlara müvafiq olaraq, Aqif Məlikzadə ("Qaz İxrac” İdarəsi), Mehman Baxşıyev  ("Azneft” İstehsalat Birliyi) və Gennadi Adamov  ("Suraxanı Oyl”) layiq görüldülər.
Sonda təşkil olunan mükafatlandırma mərasimində "Neftçi İdman Klubu”nun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək yarış iştirakçılarını 28 May – Müstəqillik Günü  münasibətilə təbrik etdi. O, keçirilən belə tədbirlərin önəmi və faydası  haqda geniş söhbət açdı. Turnirdə fəal iştirak etdiklərinə görə onlara dərin minnətdarlığını bildirən klub rəsmisi, yarış iştirakçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Sonra o, mükafata layiq görülmüş komandalara qazandıqları qələbə münasibətilə təbriklərini çatdırdı.
Qalib və mükafatçı komandalar "Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə təltif olundular. Nominasiya qaliblərinə də diplom və hədiyyələr təqdim edildi.
“Neftçi İdman Klubu”nun təşkil etdiyi  mini-futbol turniri başa çatdı“Neftçi İdman Klubu”nun təşkil etdiyi  mini-futbol turniri başa çatdı