Xəbərlər


Kikboksçularımız Azərbaycan çempionatının 3 medalına sahib olublar

Kikboksinq üzrə XXVI Azərbaycan çempionatına yekun vurulub.
"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda "Neftçi İdman Klubu”nun yetirmələri 3 medal (1 qızıl, 1 gümüş, 1 bürünc) qazanıblar. Kikboksçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramiz Məmmədov full kontakt versiyasında çempionatın qızıl medalına sahib olub. Digər təmsilçimiz Rauf Gərayzadə (81 kq) isə lou kik versiyasında gümüş medala layiq görülüb. Xanım idmançımız Fatma Mehdiyeva (65 kq) isə yarışı üçüncü pillədə başa vurub. 
Qeyd edək ki, Azərbaycan çempionatının qalibləri avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmək hüququ əldə ediblər.
Kikboksçularımız Azərbaycan çempionatının  3 medalına sahib olublarKikboksçularımız Azərbaycan çempionatının  3 medalına sahib olublarKikboksçularımız Azərbaycan çempionatının  3 medalına sahib olublar