Xəbərlər


“Qaradağ Lökbatan” çempion oldu

Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümünün son turunun oyunları keçirilib.
"Qaradağ Lökbatan" sonuncu turda "Qarabağ-2" komandası ilə üz-üzə gəlib. Binə qəsəbə stadionunda təşkil olunan qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0.
Beləliklə, "Qaradağ Lökbatan" komandası 55 xalla I Divizionun çempionu olub. "Şamaxı-2" ikinci, "Qarabağ-2" komandası isə üçüncü yeri tutub.
Qeyd edək ki, komandamız mövsümün sonuna dörd tur qalmış – XXII turda artıq çempionluğunu rəsmiləşdirib.
Onu da əlavə edək ki, bir qədər sonra "ASK Arena"da qalib və mükafatçıların təltifetmə mərasimi keçiriləcək.