Xəbərlər


Güləşçilərimiz “Çempionlar” turnirində 8 medal qazanıblar

Türkiyənin Antalya şəhərində gənc güləşçilər (U-20) arasında keçirilən  "Çempionlar” turnirinə yekun vurulub. Üç gün davam edən ənənəvi yarışda Türkiyə, Azərbaycan, Polşa, Norveç, Qazaxıstan, İtaliya, Almaniya, Danimarka və Gürcüstandan ümumilikdə 400 idmançı medallar uğrunda mübarizə aparıb.
”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan pəhləvanları turnirin 8 medalına (3 qızıl, 1 gümüş, 4 bürünc) sahib olublar. 
Sərbəst güləşçilərimizdən Ceyhun Allahverdiyev (61 kq) və  Sabir Cəfərov (70 kq) bütün rəqibləri üzərində qələbə qazanaraq beynəlxalq turnirin qalibi olublar.  Əbülfəz Nəsirov (65 kq), Fərid Cabbarov (86 kq) və  Abdulcəlil Şabanov (92 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Yunan-Roma güləşçilərinin mübarizəsində 60 kiloqram çəkidə çıxış edən Elmir Əliyev bütün qarşılaşmalardan qalib ayrılıb və yarışın qızıl medalına yiyələnib. Klubun digər yetirmələri Nihad Quluzadə (60 kq) və Urfan Həsənli (72 kq) isə turniri bürünc medalla başa vurublar.