Xəbərlər


Təmsilçilərimiz Uşaq Paralimpiya Kuboku yarışlarında iştirak ediblər

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, UNICEF-in Azərbaycan nümayəndəliyi və "Azercell Telekom" MMC-nin dəstəyi ilə Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Kuboku yarışları keçirilib. Beş idman növü üzrə təşkil olunan yarışda respublikanın müxtəlif regionlarından olan paralimpiyaçı uşaqlar iştirak ediblər. Cüdo, pauerliftinq, stolüstü tennis, taekvondo və üzgüçülük idman növləri üzrə müxtəlif kateqoriyalarda ümumilikdə 100-ə yaxın sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi yarışda 20 dəst medal uğrunda mübarizə aparılıb.
"Neftçi İdman Klubu”nun paralimpiyaçıları da turnirdə mübarizə aparıblar. 
Yarışda çıxış edən paracüdoçularımızdan Toğrul Həşimli (30 kq), Əli Əliyev (38 kq), Tahir Əlizadə (46 kq), Qüdrət Səlimxanov (66 kq), Nurlan Adıgözəlov (73 kq), Emilya Paşayeva (24 kq) və Leyla Məcidova (52 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olublar. Raul Abbaslı (30 kq), Hüseyn İsmayılzadə (46 kq), Sübhan Mayılov (55 kq), Əbdülrəhman Rzazadə (66 kq), Aliyə Qulubəyova (24 kq) ikinci, Hüseyn Rzaqulu (55 kq), Fərid Qasımlı (66 kq) və Faiq Şükürov (73 kq) isə üçüncü yeri tutublar. 
Turnirdə mübarizə aparan parataekvondoçularımızdan Rəsul Sovetzadə (30 kq) və Yusif Şahhüseynli (37 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançımız İmran Bağırov (55 kq) isə bürünc medala yiyələnib.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsinin idman bölmələrində məşqlərini davam etdirən və müxtəlif yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar Konya-2022 İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər. Gələcəkdə isə onlar milli komandalara cəlb olunaraq Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına iştirak üçün hazırlıqlara qatılacaqlar.
Təmsilçilərimiz Uşaq Paralimpiya Kuboku yarışlarında iştirak ediblərTəmsilçilərimiz Uşaq Paralimpiya Kuboku yarışlarında iştirak ediblərTəmsilçilərimiz Uşaq Paralimpiya Kuboku yarışlarında iştirak ediblər