Xəbərlər


Yeniyetmə güləşçilərimiz “Victory cup” turnirindən 5 medalla dönür

Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında keçirilən "Victory cup” turnirinə yekun vurulub. Ənənəvi yarışda Türkiyə, Azərbaycan, Qazaxıstan, Gürcüstan, İran və Fransadan ümumilikdə 344 idmançı gücünü sınayıb. 
"Neftçi İdman Klubu”nun yetirmələri beynəlxalq turnirin 5 medalını qazanıblar.
Yunan-Roma güləşçilərimizdən 51 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüsal Quluzadə (51 kq) bürünc medala yiyələnib.
Sərbəst güləşçilər arasında keçirilən yarışda İlyas İsayev (65 kq) və Ağanəzər Novruzov (71 kq) bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi olublar. Digər idmançımız Ağa Qasımov (60 kq) üçüncü yeri tutub.
Qadın güləşində isə klubumuzun təmsilçisi Fatimə İsayeva (65 kq) beynəlxalq turnirin bürünc medalına layiq görülüb.