Xəbərlər


Taekvondoçularımız 5 medal əldə ediblər

Taekvondo üzrə ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Bakı şəhər açıq birinciliyi keçirilib. Fövqəladə Hallar Nazirliyinin "Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda 500-dən artıq uşaq, yeniyetmə və gənc mübarizə aparıb. Hər 3 yaş qrupunda 20 (10 oğlan, 10 qız) çəki dərəcəsi üzrə  qaliblər müəyyənləşib.
"Neftçi İdman Klubu”nun taekvondoçuları turnirin 5 medalına (2 qızıl, 1 gümüş, 2 bürünc) yiyələniblər.
Gənclər arasında təşkil olunan yarışda idmançılarımızdan Pünhan Mürsəlov (48 kq) və Vaqif Hacıyev (68 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fuad Yusifov (63 kq) gümüş, Zəhra Quliyeva (46 kq) isə bürünc medala layiq görülüb.
Yeniyetmələrin mübarizəsində isə 57 kiloqram çəkidə çıxış edən Əzizağa Nəsibov paytaxt birinciliyini bürünc medalla başa vurub.
Taekvondoçularımız 5 medal əldə  ediblərTaekvondoçularımız 5 medal əldə  ediblər