Xəbərlər


İdmançımız çimərlik güləşi üzrə Azərbaycan çempionatının qalibi olub

Çimərlik güləşi üzrə ilk Azərbaycan çempionatına yekun vurulub. Avropa Oyunları Parkında keçirilən yarışda böyüklər arasında 4 çəki dərəcəsi üzrə 60-dan çox güləşçi qüvvəsini sınayıb.
Gərgin mübarizə şəraitində keçən turnirdə  "Neftçi İdman Klubu"nun təmsilçisi Camal Feyziyev (+90 kq) bütün rəqiblərini məğlubiyyətə uğradıb və çempionatın qızıl medalına sahib çıxıb.