Xəbərlər


U-16 komandamız mövsümü möhtəşəm qələbə ilə başa vurdu

On altı yaşlılardan ibarət futbolçular arasında 2021-2022  mövsümünün sonuncu turunun oyunları keçirilib.
"Neftçi İdman Klubu"nun komandası  bu turda "Səbail"lə üz-üzə gəlib. "ASCO Arena"da  təşkil olunan qarşılaşma çox maraqlı və gərgin idman  mübarizəsi şəraitində keçib. Prinsipial xarakter daşıyan oyunun çox ağır keçməsinə baxmayaraq, komandamız böyük əzmlə mübarizə aparıb və inamlı qələbə qazanıb - 2:0. Rəqibin qapısına futbolçularımızdan  Fərid Şahhüseynli və  Mehdi Haşumov yol tapıblar.
Bununla da təmsilçimiz 13 komanda arasında 4-cü yeri təmin edib ki, bu da kiçik bürünc medal deməkdir.
Qeyd edək ki, futbolçumuz Fərid Şahhüseynli 40 qolla U-16 Liqasının bombardiri olub.
U-16 komandamız mövsümü möhtəşəm qələbə ilə başa vurduU-16 komandamız mövsümü möhtəşəm qələbə ilə başa vurduU-16 komandamız mövsümü möhtəşəm qələbə ilə başa vurdu