Xəbərlər


Kiçikyaşlı şahmatçımız Bakı çempionu olub

2010-2011-ci il təvəllüdlü şahmatçılar arasında  keçirilən paytaxt  birinciliyi sona yetib. Üç saylı Respublika Şahmat Məktəbində təşkil olunan yarışda 24 idmançı bacarığını nümayiş etdirib.
"Neftçi İdman Klubu"nun yetirməsi  Toğrulbəy Zalışov turnirdə uğurla çıxış edib. Kiçikyaşlı şahmatçımız 6,5 xal  toplayaraq Bakı birinciliyinin qalibi adını qazanıb.