Futbol üzrə Azərbaycan I Divizionunda XXIII tura yekun vurulub.
"Qaradağ Lökbatan" bu turda "Sabah-2" komandasının qonağı olub. Binə qəsəbə stadionunda keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb. Futbolçularımızdan Sabir Allahquliyev (42) və Elnur Cəfərov (79) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, komandamız artıq keçən turda çempionluğunu rəsmiləşdirdiyindən bugünkü qarşılaşma təmsilçimiz üçün formal xarakter daşıyıb.