Xəbərlər


Futzal komandamız finalda

Futzal üzrə Badamlı Azərbaycan kubokunun yarımfinal oyunları keçirilib. Qarşılaşmalar Bakı İdman Sarayında təşkil olunub.
"Neftçi İdman Klubu" bu mərhələdə EKOL komandası ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib və komandalar hər biri 5 dəqiqədən ibarət əlavə 2 hissə oynamalı olublar. Əlavə vaxtda da qalib müəyyənləşmədiyinə görə, penaltilər seriyasına müraciət olunub. Burada daha dəqiq olan futzalçılarımız finala vəsiqəni təmin ediblər.
Qeyd edək ki, Azərbaycan kubokunun final matçında təmsilçimiz "Alyans Qrup” komandası ilə qarşılaşacaq.