Xəbərlər


Cüdoçularımız Avropa kuboku yarışında 2 qızıl medal qazanıblar

Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa kuboku turnirinə yekun vurulub.
"Neftçi İdman Klubu"nun yığmamızın heyətində yer alan  təmsilçiləri inamla mübarizə apararaq mötəbər yarışın 2 qızıl medalına sahib olublar. Finala qədər irəliləyən cüdoçularımızdan  Nəriman Mirzəyev (73 kq) həlledici mərhələdə italiyalı rəqibi Qabriyele Sullini, Zelim Tçkayev (81 kq) isə digər İtaliya idmançısı Titsiano Falkoneni məğlub edib və hər iki cüdoçumuz Avropa kubokunun qalibi adını qazanıb.
Qeyd edək ki, iki gün davam edən nüfuzlu yarışda 25 ölkədən 300-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparıb.