Xəbərlər


Çempiona qalib gələn voleybol komandamız mövsümü gümüş medalla başa vurdu

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada 2021/22 mövsümünə yekun vurulub. Sonuncu - XX turun oyunları "Murov” Voleybol Klubunun idman zalında keçirilib. Artıq bütün komandaların turnir cədvəlindəki mövqeyi müəyyənləşdiyindən sonuncu tur formal xarakter daşıyıb.
 Turun ilk görüşündə "Neftçi İdman Klubu” çempionatın qalibi "Murov”la üz-üzə gəlib. Rəqibin favorit sayıldığı qarşılaşmada voleybolçularımız böyük əzmkarlıq nümayiş etdirərək 3:2 (26:24, 25:17, 27:29, 20:25, 15:12) hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, "Neftçi İdman Klubu” 38 xalla çempionatın gümüş medalına layiq görülüb. Qırx iki  xalı olan "Murov” klubu çempion adını qazanıb. MOİK isə 28 xalla üçüncü yeri tutub.
Çempiona qalib gələn voleybol komandamız mövsümü gümüş medalla başa vurdu