Xəbərlər


Voleybol komandamız "Ekspress"i məğlub edib

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçirilib.
"Murov” Voleybol Klubunun idman zalında təşkil olunan turun son matçında "Neftçi İdman Klubu" "Ekspress" komandası ilə qarşılaşıb. Voleybolçularımız əzmlə mübarizə apararaq rəqibi 3:0  (25:15, 25:14, 25:23) hesablı məğlubiyyətə uğradıblar.
Qeyd edək ki,  bu qələbə sayəsində xallarının sayını 36-ya çatdıran komandamız çempionatda artıq  gümüş medalı təmin edib.