Xəbərlər


Voleybol komandamız Yüksək Liqada ikinci yeri təmin edib

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XVII turun oyunlarına start verilib.
"Murov” Voleybol Klubunun idman zalında keçirilən turun ilk matçında  "Neftçi İdman Klubu” "Sərhədçi” ilə üz-üzə gəlib. Baxımlı oyun sərgiləyən  voleybolçularımız rəqibi 3:1 (25:17, 25:27, 25:11, 25:13) hesabı ilə məğlubiyyətə uğradıblar.
Qeyd edək ki, bu qələbə sayəsində komandamız çempionatda ən azı ikinci yeri təmin edib.