Xəbərlər


U-16 komandamızdan növbəti qələbə

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti turun oyunları gerçəkləşib. 
"Neftçi İdman Klubu"nun  on altı yaşlılardan ibarət komandası  XXIII turda "Zirə” ilə qarşılaşıb. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan görüşdə komandamız rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Təmsilçimizin aşkar üstünlüyü şəraitində keçən oyunda futbolçularımızdan Vladimir Tsaryov və  Fərid Şahhüseynli adlarını tabloya yazdırıblar.
U-16 komandamızdan növbəti qələbəU-16 komandamızdan növbəti qələbəU-16 komandamızdan növbəti qələbə