Xəbərlər


Şahmatçımız dünya kuboku yarışına vəsiqə qazanıb

Sloveniyada kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı sona yetib.
Mötəbər yarışda Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni "Neftçi İdman Klubu”nun yetirməsi  Vasif Durarbəyli göstərib. Belə ki, 11 turdan 8 xal toplayan şahmatçımız 3-8-ci yerləri bölüşüb.
Turnirin qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.
Qeyd edək ki, Avropa çempionatının nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanıblar.