Xəbərlər


Avropa çempionatından daha bir medal

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
"Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer alan sərbəst güləşçisi Turan Bayramov (74 kq) səkkizdəbir finalda bolqarıstanlı Ali Umarpaşayevə  (4:3), dörddəbir finalda isə estoniyalı Aymar Andrusenə (10:0) qalib gəlib. Pəhləvanımız yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanova (Slovakiya) 2:8 hesabı ilə məğlub olub. Turan Bayramov bürünc medal uğrunda qarşılaşmada Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən idmançımız  nüfuzlu yarışı üçüncü yerdə başa vurub.
Xatırladaq ki, daha öncə klubumuzun digər yetirməsi Hacı Əliyev (65 kq) qitə çempionatının gümüş medalına sahib olub.