Xəbərlər


Kiçikyaşlı yeniyetmə cüdoçularımız Antalyada təlim-məşq toplanışındadır

"Neftçi İdman Klubu"nun kiçikyaşlı yeniyetmə cüdoçularının Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı davam edir. Klubun bu idman növü üzrə baş məşqçisi Tərlan Poladlının rəhbərliyi altında ötən həftənin əvvəlində start götürən toplantı artıq yekunlaşmaq üzrədi.
Təlim-məşq toplanışının keçirilməsində məqsəd kiçikyaşlı yeniyetmə cüdoçuların hazırlıq səviyyəsini daha da yaxşılaşdırmaq, eləcə də bu yaş qrupu üzrə qarşıdan gələn Bakı və respublika birinciliklərində klubu təmsil edəcək idmançılarımızın mübarizə əzmini artırmaqdan ibarətdir.
Qeyd edək ki, toplantıya martın əvəllərində bu yaş qrupunda  keçirilmiş "Neftçi İdman Klubu”nun cüdo üzrə açıq birinciliyinin qalibləri qatılıb.
Kiçikyaşlı yeniyetmə cüdoçularımız Antalyada təlim-məşq toplanışındadır